• 1 6.jpg
  • 1.jpg
  • 003.jpg
  • 005.jpg
  • 111.jpg
  • 112.jpg
  • 112u.jpg
  • 152.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 603.jpg
  • e1.jpg
  • f.jpg
  • h.jpg
  • pese mektebi.jpg
  • pese mektebi 2.jpg
  • texniki kollec.jpg
  • y.jpg
  • yuksek netce toplayan.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün33
mod_vvisit_counterDünən382
mod_vvisit_counterBu həftə33
mod_vvisit_counterBu ay10787
mod_vvisit_counterÜmumi14297

Tarix: 25 Avq., 2019

Ekoloji Tərbiyə Mərkəzində bir sıra tədbirlər keçirilmişdir.

Artıq tədris ilini yüksək səviyyədə başa vuran Mərkəz kollektivi iyun ayının  14-də geniş tədbirlər planı hazırlayıb. Tədbirlər planına uyğun  olaraq ekskursiyalar, monitorinqlər, gəzintilər  və sərgilər nəzərdə   tutulmuşdur.

Bu gün 28 iyun 2018-ci il tarixdə Mərkəzdə təşkil olunmuş   sərgiyə   Naxçıvan şəhər  4 N-li  və 1 N-li məktəbin şagirdləri cəlb edilmişdir.  Sərginin əsas məqsədi şagirdlərin ekoloji cəhətdən  maariflənməsi Muxtar Respublikamızın   fauna florasını  əks etdirən  və “ Qırmızı kitab”a  daxil edilmiş  növlər haqqında  məlumat toplamaqdır.  Onların mühafizə olunması  üçün şagirdləri  maarifləndirməsi  Mərkəz kollektivinin  ən əsas amalıdır.

Yay məktəbi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə hər il olduğu kimi bu il də təsdiq olunmuş qrafikə əsasən ümumtəhsil məktəblərinin şagirdlərinin, ali və orta ixtisas təhsili müəsisələrinin tələbələrinin, sağlamlıq imkanları məhdud uşaqların, idman federasiyası üzvlərinin və aztəminatlı ailələrin uşaqlarının Ağbulaq İstirahət Mərkəzində təşkil ediləcək "Yay məktəbi" ndə iştirakı nəzərədə tutulmuşdur. Bu tədbirlərin davamı olaraq 23-26 iyun 2018-ci il tarixlərində Naxçıvan şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində tədris ili ərzində sınaq imtahanlarında yüksək nəticə göstərən, Respublika fənn olimpiadalarında qalib gələn, eyni zamanda məktəbin ictimai işlərində fəal iştirak edən 45 nəfər şagirdin Ağbulaq İstirahət Mərkəzinə yola salınması prosesi həyata keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Həmkarlar İttifaqları Şurasının əməkdaşları iştirak etmiş, sagirdlərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlərdən bəhs etmiş, onlara yaxşı iştirahətlər  arzulamışlar.

Ardını oxu...

Gənc müəllimlər arasında “Xəmsə” milli intellektual oyunu keçirilmişdir.

20 iyun 2018-ci il tarixdə Naxçıvan MR Təhsil, Naxçıvan MR Gənclər və İdman  Nazirlikləri, Naxçıvan MR Gənclər Fondu və Naxçıvan MR “Gənclərin İntellektual  İnkişaf Mərkəzi”  İctimai Birliyinin birgə təşkilatçılğı ilə Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilməsi və “15 İyun-Milli Qurtuluş Günü” ilə əlaqədar Gənclər Mərkəzində gənc müəllimlər arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilmişdir. Oyunun keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nifuzunu artırmaq və asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tədbiq etməkdir. Oyunda Sədərək rayon komandası I yer, Culfa rayon komandası II yer, Babək rayon komandası isə III yerə layiq görülmüşdür. Tədbirin yekununda  qalib komandalar və üzvləri təşkilatçılar tərəfindən kubok, diplom və fəxri fərmanla təltif olunmuşlar. Yarışda 40 gənc müəllim iştirak etmişdir.

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən sonuncu sınaq imtahanında ən yüksək nəticə əldə olunmuşdur.

Naxçıvan Qarnizonu tam orta məktəbin XI sinif məzunu Həsənova Nərmin Mikayıl qızı Dövlət İmtahan Mərkəzi tərəfindən 10 iyun 2018-ci il tarixində keçirilən  sonuncu sınaq imtahanında IV ixtisas qrupu üzrə 700 bal toplayaraq maksimum nəticə əldə etmişdir.

Qeyd edək ki, Nərmin ən böyük uğurlarını 2017-2018-ci dərs ilində - XI sinifdə qazanıb. Bu il ərzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən bütün sınaq imtahanlarında 500-700 bal intervalında yüksək nəticələr əldə edib. Bu nailiyyətlərinə görə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Naxçıvan Qarnizon tam orta məktəbinin fəxri fərmanlarına layiq görülüb. Nərminin uğurları bununla kifayətlənməyib, eyni zamanda, O, 2017-2018-ci dərs ilində keçirilən məktəblilərin fənn olimpiadalarının Azərbaycan Respublikası turunda Kimya fənnindən III yerə layiq görülüb. Cari ilin may ayında keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci mərhələsində 638 bal toplamışdır.

Ardını oxu...



 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg