• 1 6.jpg
  • 1.jpg
  • 003.jpg
  • 005.jpg
  • 111.jpg
  • 112.jpg
  • 112u.jpg
  • 152.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 603.jpg
  • e1.jpg
  • f.jpg
  • h.jpg
  • pese mektebi.jpg
  • pese mektebi 2.jpg
  • texniki kollec.jpg
  • y.jpg
  • yuksek netce toplayan.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün10
mod_vvisit_counterDünən382
mod_vvisit_counterBu həftə10
mod_vvisit_counterBu ay10764
mod_vvisit_counterÜmumi14274

Tarix: 25 Avq., 2019

Parlaq gələcək təhsillə gələcək

Qədim Şərur diyarı... Tarixin o üzündən bəri boylanan, inkişaf edib müasirləşdikcə qədimliyini, ululuğunu qoruyub saxlayan yurd yerimiz... Tarixi mədəniyyətinə, mədəniyyəti ədəbiyyatına arxa olub milli dəyərlərimizi, adət-ənənələrimizi qərinələrin saxlancına ərməğan edən doğma diyarımın tarixindən əzəmət, mərdlik, mədəniyyətindən, ədəbiyyatından milli-mənəvi, əxlaqi dəyərlər mənimsəyən insanları, tarixdə iz qoyan böyük şəxsiyyətləri barədə düşünərkən görürük ki, yüz illərdir, Azərbaycan ədəbiyyatına, incəsənətinə dahilər ərməğan edən Şərur rayonu bu gün də öz təhsil ənənələrini uğurla davam etdirir. Muxtar respublikanın hər yerində olduğu kimi, Şərurda da təhsilin inkişafının diqqət mərkəzində saxlanılması uğurların qazanılmasına səbəb olur. Hər bir şagirdin müvəffəqiyyətlərinə görə müəllimlər də, valideynlər də sevinir, çünki onların da etimadları doğrulur, çəkdikləri zəhmət hədər getmir. Elə bugünkü müsahiblərim də ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə qazanaraq rayonun köklü təhsil ənənələrini layiqincə davam etdirən şərurlu gənclərdən bir neçəsidir.

Ardını oxu...

Təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlardan 29-u qızıl və gümüş medallara layiq görülüb

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2018-2019-cu tədris ilində məktəbi xüsusi nailiyyətlərlə başa vuran məzunlara qızıl və gümüş medalların təqdimatı keçirilmişdir.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov qızıl və gümüş medallarla təltif olunan məzunları təbrik edərək muxtar respublikamızda təhsilin inkişafı istiqamətində görülən işlərdən, yaradılan şəraitdən danışdı.

Bildirildi ki, muxtar respublikamızda bütün sahələr kimi, təhsil də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunub. Bunun nəticəsidir ki, ötən dövr ərzində 200-dən çox təhsil müəssisəsi istifadəyə verilmiş, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, məktəblər ən müasir informasiya texnologiyaları ilə, o cümlədən kompüter və elektron lövhələrlə təchiz olunmuşdur.

Ardını oxu...

Təlim başa çatıb

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Məktəbin idarə olunması” mövzusunda keçirilən 5 günlük təlim başa çatıb.

Ümumtəhsil məktəbləri rəhbərlərinin peşəkarlıq səviyyəsinin artırılması, onların yeni bilik, bacarıq, səriştə və praktik biliklərə tam yiyələnmələri məqsədi daşıyan təlimlər Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təlimçimüəllimi Qoşqar Məhərrəmov tərəfindən həyata keçirilib. Təlimlərdə təlimçi-müəllim müxtəlif mövzularda söhbət açıb, elektron lövhədə slaydlar üzərindən təqdimatlar əsasında geniş məlumatlar verib və müzakirələr aparıb.
Təlimdə iştirak edən 100-dən artıq məktəb direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavinləri sonuncu gün keçirilən imtahanlarda iştirak ediblər.
İmtahanlarda yüksək nəticələr əldə edən iştirakçılara sertifikatlar veriləcəkdir.



 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg