• 1 6.jpg
  • 1.jpg
  • 003.jpg
  • 005.jpg
  • 111.jpg
  • 112.jpg
  • 112u.jpg
  • 152.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 603.jpg
  • e1.jpg
  • f.jpg
  • h.jpg
  • pese mektebi.jpg
  • pese mektebi 2.jpg
  • texniki kollec.jpg
  • y.jpg
  • yuksek netce toplayan.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün30
mod_vvisit_counterDünən382
mod_vvisit_counterBu həftə30
mod_vvisit_counterBu ay10784
mod_vvisit_counterÜmumi14294

Tarix: 25 Avq., 2019

Təhsil Nazirliyinin yeni saytı fəaliyyətə başlayıb

İyul ayının 30-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi aparatının əməkdaşları, Şəhər və Rayon Təhsil şöbələrinin müdirləri və məktəb direktorlarının iştirakı ilə Təhsil Nazirliyinin yeni www.tehsil.nmr.az saytının təqdimatı keçirilib.
Təqdimat mərasimində Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirmişdir ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-texniki bazaları gücləndirilmiş, məktəblər ən müasir informasiya və kommunikasiya avadanlıqları ilə təchiz olunmuşdur. Təhsil Nazirliyinin yeni portalının yaradılması isə təhsil sahəsində məlumatların internet istifadəçilərinə daha tez çatdırılmasında mühüm rol oynayacaqdır.

Ardını oxu...

Muxtar respublika məktəbliləri Respublika fənn olimpiadasında 25 medal qazanıblar

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Respublika fənn olimpiadalarının qalibi olan naxçıvanlı məktəblilərin mükafatlandırılması olub.
Tədbirdə Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışıb.Bildirib ki, təhsilin keyfiyyətinin yüksəldilməsinin diqqətdə saxlanıldığı muxtar respublikada istedadlışagirdlərlə aparılan iş sahəsində də mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iyunun 24-də imzaladığı sərəncamla 3 şagirdin adlarının Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılması və onların xüsusi aylıq təqaüdə layiq görülməsi istedadlı uşaqlara dövlət qayğısının bariz nümunəsidir.

Ardını oxu...

Naxçıvanda 7 mindən çox müəllimin əmək haqqısı sentyabrın 1-dən 20 faiz artırılacaq

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasından irəli gələn vəzifələrin icrası ilə bağlı kollegiya iclasında Təhsil naziri Rəhman Məmmədov bildirib ki, təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində işlər 2019-cu ildə də davam etdirilib. Ötən müddət ərzində Şərur rayon Kərimbəyli və Ordubad rayon Dəstə kənd tam orta məktəbləri üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidənqurularaq istifadəyə verilib. Hazırda Naxçıvan şəhərində 5 və 12 nömrəli, Şərur rayonunda Muğanlı, Muğancıq Mehrab, Xələc, Yeni Havuş, Babək rayonunda Kültəpə və Gülşənabad, Ordubad rayonunda Vənənd, Kəngərli rayonunda Böyükdüz, Şahbuz rayonunda Türkeş kənd tam orta məktəbləri üçün binaların tikintisi və ya yenidənqurulması davam etdirilir.

Ardını oxu...

“Muxtariyyətin bəhrələri: Naxçıvanda elm və təhsil” mövzusunda elmi konfrans

Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunan “Muxtariyyətin bəhrələri: Naxçıvanda elm və təhsil” mövzusunda keçirilən elmi konfransın plenar iclasını institutun rektoru, dosent Elbrus İsayev açıb. Rektor bildirib ki, 2019-cu il yanvarın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinin qeyd edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planının icrası istiqamətində ötən dövr ərzində müxtəlif səpkili tədbirlər keçirilib, aparılan işlər Naxçıvanın muxtariyyət tarixinin daha dərindən araşdırılaraq öyrənilməsi və gənc nəslə aşılanmasına böyük imkanlar açıb.

Ardını oxu...



 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg