• 1 6.jpg
  • 1.jpg
  • 003.jpg
  • 005.jpg
  • 111.jpg
  • 112.jpg
  • 112u.jpg
  • 152.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 603.jpg
  • e1.jpg
  • f.jpg
  • h.jpg
  • pese mektebi.jpg
  • pese mektebi 2.jpg
  • texniki kollec.jpg
  • y.jpg
  • yuksek netce toplayan.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün38
mod_vvisit_counterDünən382
mod_vvisit_counterBu həftə38
mod_vvisit_counterBu ay10792
mod_vvisit_counterÜmumi14302

Tarix: 25 Avq., 2019

Məktəblilər 400-dən artıq eksponat toplayıblar

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi bu ilin fevral ayından start verdiyi maraqlı bir aksiyaya yekun vurub. Nazirliyin ümumtəhsil müəssisələrində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında keçirdiyi aksiyada müəllim və məktəblilər qədim məişət əşyalarını toplayıblar. Toplanan eksponatlar Mədəniyyət Nazirliyinə təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışıb. Şagirdlərin keyfiyyətli təhsillə əhatə olunması, onların cəmiyyətdə tələbyönlü şəxsiyyət, vətənpərvər ruhlu yetkin vətəndaş kimi tərbiyə olunması üçün müasir təhsil şəraitinin yaradıldığını qeyd edib. Nəticədə tədris prosesində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və muzeylərlə canlı bağlantılar yaradılır, şagirdlərə muxtar respublikamızın qədim tarixi, dövlətçilik ənənələri, milli-mənəvi dəyərləri öyrədilir. Bu da şagirdləri qədimliyi saxlanılmaqla müasirləşən Naxçıvanımız haqqında daha da dolğun məlumat toplamağa, eyni zamanda onları tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi araşdırmağa sövq edir.
Təhsil naziri vurğulayıb ki, Naxçıvanın muxtariyyətinin 95 illik yubileyi ilə əlamətdar olan bu ildəNaxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində fakültativ məşğələlərdə tədris edilməsi üçün "Naxçıvan tarixi" dərsliyinin hazırlanması istiqamətində işlər aparılır.

Ardını oxu...

5 yaşlı rəssamın fərdi sərgisi

Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində dərnək üzvü 5 yaşlı Kövsər Qurbanın “Sehrli fırçam” adlı ilk fərdi rəsm sərgisi keçirilib.
Hələ 5 yaşı olmasına baxmayaraq istedadlı və bacarıqlı rəssam Kövsər Qurban muxtar respublikada keçirilən bir çox rəsm sərgilərində, müsabiqələrdə iştirak edib, çoxsaylı uğurlar qazanıb, diplom və fəxri fərmanlarla təltif olunub.

Ardını oxu...

Müəllimlərin diaqnostik qiymətləndirilməsi başlayıb

Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün test imtahanlarına start verilib.
Test imtahanlarında iştirak etmək üçün 120 nəfər sənəd təqdim edib. İmtahanda iştirakçılara ixtisas üzrə ümumi fənn proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 25, informasiya texnologiyaları üzrə 15 sual olmaqla ümumilikdə 80 sual təqdim edilir, sualları cavablandırmaq üçün 120 dəqiqə vaxt verilir.

Ardını oxu...

Naxçıvan məktəbliləri üçüncü olub

Bakı şəhərində “Şahin” hərbi idman oyununun Azərbaycan birinciliyi keçirilib. Birincilikdə Naxçıvan Muxtar Respublikasını Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin komandası təmsil edib.
17 komandanın iştirak etdiyi birincilikdə 1 nömrəli tam orta məktəbin komandası üçüncü yerə layiq görülüb.
Sonda iştirakçılara təşkilatçılar ­tərəfindən diplom və hədiyyələr təqdim olunub.






 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg