“Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda növbəti konfrans Naxçıvan şəhərində keçirilib

ÇapE-poçt

13.11.18 17:02

Konfransı Naxçıvan Muxtar Respublikası təhsil naziri Rəhman Məmmədov açaraq bildirmişdir ki, konfransın keçirilməsində əsas məqsəd DİM-in fəaliyyəti ilə tanışlıq, 2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanlarının modelləri, Mərkəzin həyata keçirdiyi tələbə qəbulu, dövlət qulluğuna qəbul və digər kampaniyaların idarə olunmasında dövlət, ictimaiyyət nümayəndələrinin iştirakı haqqında məlumat verməkdir.

Konfransda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası sədrinin müavini Namiq Babayev çıxış edərək Dövlət İmtahan Mərkəzinin fəaliyyəti haqqında məlumat verib. Namiq Babayev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın bazasında Dövlət İmtahan Mərkəzi yaradılıb. Mərkəz biliyin qiymətləndirməsi üzrə 26 illik təcrübəyə malikdir.

Ardını oxu...

 

Peşə təhsili sahəsində həyata keçirilən layihələrin icrasına dair Bakı şəhərində təşkil olunan tədbirdə muxtar respublikadan nümayəndələr də iştirak etmişdir

ÇapE-poçt

08.11.18 00:00

Noyabrın 8-də Avropa İttifaqının Azərbaycan üzrə Nümayəndəliyi və Avropa Təlim Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycanda peşə təhsili və təliminin modernləşdirilməsinə Avropa İttifaqının dəstəyi: peşə təhsili müəssisələrinin inkişaf qrantları ilə bağlı təcrübələrin bölüşdürülməsi” mövzusunda seminar keçirilib. Tədbirin məqsədi Aİ-nin Azərbaycan üzrə “İllik Fəaliyyət Proqramı-2014” çərçivəsində peşə təhsili sahəsində həyata keçirilən layihələrin ilkin nəticələrinin müzakirə edilməsi, gələcək layihələrə dair tövsiyələrin hazırlanması olub. 
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, ölkəmizdə o cümlədən muxtar respublikada fəaliyyət göstərən peşə təhsili müəssisələrinin rəhbərləri, həyata keçirilən layihələrin nümayəndələri, eləcə də beynəlxalq ekspertlər iştirak edib.

Ardını oxu...

 
 

9 Noyabr-Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir

ÇapE-poçt

09.11.18 00:00

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

Aparıcılar tərəfindən dövlət bayrağı günü haqqında məlumat verilərək bildirilib ki, Azərbaycan Respublikasının üçrəngli bayrağı Azərbaycanın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Müstəqilliyimizin bərpasından keçən dövr ərzində ölkəmizdə üçrəngli bayrağımıza böyük sevgi ilə yanaşılması  ulu öndər Heydər Əliyev siyasi yolunun əsasını təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildiyi gündə - 2009-cu il noyabrın 17-də imzaladığı tarixi Sərəncam müqəddəs bayrağımıza, tarixi keçmişimizə göstərilən diqqətin davamı kimi təqdirolunasıdır. Sərəncama əsasən hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il avqustun 22-də imzalanan Sərəncam və sərəncama  uyğun olaraq Naxçıvan şəhərində yaradılan və 2014-cü ildə Azərbaycan dövlətçiliyi üçün tarixi əhəmiyyət kəsb edən bir gündə -noyabrın 17-də Dövlət Bayrağı Meydanı və Muzeyinin təntənəli açılış mərasiminin keçirilməsi ulu öndərimiz Heydər Əliyevin yoluna sədaqətin böyük  təzahürüdür.

Ardını oxu...

 
 

Məktəbli uşaqlara qış geyimləri verilib

ÇapE-poçt

07.11.18 22:28

Muxtar respublikamızda bütün qəbildən olan uşaqlar hər cür dövlət qayğısı ilə əhatə olunmuşdur. Bu mənada sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, aztəminatlı ailələrdən olan uşaqların sağlam böyümələri, biliklərə yiyələnmələri, milli və mənəvi dəyərlərə sadiq vətəndaş kimi yetişmələri, problemlərinin yerindəcə həll olunması istiqamətində tədbirlərin həyata keçirilməsi daim diqqətdə saxlanılan məsələlərdəndir.

2018-ci ilin sentyabrın 5-də  hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 44, sağlamlıq imkanları məhdud 275, aztəminatlı ailələrin övladlarından isə 70 olmaqla, ümumilikdə, 389 uşaq məktəbli geyimi və dərs ləvazimatları ilə təmin edilmişdir.

Həmin tədbirlərin davamı olaraq noyabrın 7-də Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə yuxarıda adıçəkilən kateqoriyalardan olan məktəblilərə qış geyimləri təqdim olunub.

Ardını oxu...

 
 

“Şagird-məzun və nəzarətçilərin elektron qeydiyyatı” sisteminin əlaqələndiriciləri üçün seminar keçirilmişdir

ÇapE-poçt

01.11.18 00:00

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin təşkilatçılığı ilə noyabrın 1-də şəhər və rayon Təhsil şöbələrinin və təhsil müəssisələrinin “Şagird-məzun” informasiya sisteminin əlaqələndiriciləri üçün seminar  keçirilib. Seminarda regional Bölmənin rəhbəri Sabir Məmmədov 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul  imtahanlarının modeli və “Nəzarətçilərin elektron qeydiyyatı”  sistemindən istifadə qaydaları haqqında  məlumat verdi. Bildirildi ki, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə  əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.Qeyd edildi ki, test imtahanlarına muxtar respublikanın ümumtəhsil müəssisələrindən cəlb olunan müəllimlərdən ibarət zal nəzarətçiləri bazası formalaşdırılır.

Ardını oxu...

 
 

Səhifə 1 > 10-dən

Joomla 1.5