NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

F Ə R M A N I

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi haqqında

Əsasnamənin təsdiq edilməsi barədə


Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu fərman imzalandığı gündən qüvvəyə minir.


Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri:                VASİF TALIBOV

Naxçıvan şəhəri, 09 mart 2005-ci il

№ 173- II FR



Naxçıvan Muxtar Respublikası Ali Məclisi

Sədrinin 2005-ci il 09 mart tarixli 173-II FR

nömrəli Fərmanı ilə təsdiq edilmişdir.

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ

TƏHSİL NAZİRLİYİ HAQQINDA

ƏSASNAMƏ


I. Ümumi müddəalar

1. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi (bundan sonra Nazirlik) təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini, təhsil prosesinə ümumi metodiki rəhbərliyi həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

3. Nazirlik bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyaların yerinə yetirilməsində Naxçıvan Muxtar Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları ilə, habelə beynəlxalq və ictimai təşkilatlarla, digər hüquqi və fıziki şəxslərlə qarşılıqlı fəaliyyət göstərir.

4. Nazirlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

5. Nazirliyin saxlanması xərcləri dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

6. Nazirlik Naxçıvan şəhərində yerləşir.

II. Nazirliyin əsas vəzifələri

7. Nazirliyin əsas vəzifələri aşağıdakılardır:

7.1. təhsil sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasəti həyata keçirmək;

7.2. Naxçıvan Muxtar Respublikasında təhsil sisteminin müəyyən edilmiş istiqamətlər üzrə inkişafını təmin etmək;

7.3. təhsil sahəsində dövlət tənzimlənməsini həyata keçirmək, təhsilin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

7.4. vətəndaşların təhsil almaları ilə bağlı konstitusiya hüquqlarını qorumaq məqsədilə təhsildə bərabər imkanların yaradılmasına nail olmaq;

7.4-1. ixtisaslı kadrların hazırlanmasını və onların rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi ilə tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətini təşkil edir və əlaqələndirir; 31

7.4-2. ilk peşə-ixtisas təhsili müəssisələrində peşə hazırlığının səmərəliliyini artırmaq məqsədi ilə işəgötürənlərlə birgə proqramların hazırlanmasını və həyata keçirilməsini təmin edir; 31

7.5. mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün təhsil müəssisələrinə elmi, tədris-metodiki rəhbərliyi həyata keçirmək;

7.6. qanunvericiklə Nazirliyə həvalə olunmuş digər vəzifələri yerinə yetirmək.

III. Nazirliyin funksiyaları

8. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

8.1. təhsil sisteminin fəaliyyətini və onun inkişafını təmin edən normativ hüquqi bazanın yaradılmasında iştirak edir və müvafiq sahə standartlarını tətbiq edir;

8.2. təhsil sisteminin inkişafı üçün müxtəlif istiqamətli dövlət proqramlarının icrasına nəzarəti həyata keçirir; 3

8.2-1. təhsili idarəetmə orqanlarının, təhsil müəssisələrinin, təhsillə bağlı muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsini təşkil edir; 3

8.3. təhsil prosesinin təşkilinə dair ümumi tələbləri müəyyən edir; 4

8.4. təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarəti həyata keçirir; 4

8.5. təhsil sahəsində planlaşdırma, proqnozlaşdırma, əlaqələndirmə, təminat, təchizat və qiymətləndirməni (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) istisna olmaqla) təmin edir 4,20

8.6 təhsil sahəsində dövlət siyasətinin və dövlət proqramlarının həyata keçirilməsinin monitorinqini aparır; 4

8.7. qanunvericiliyə uyğun olaraq təhsil sistemində demokratik idarəetmənin tətbiqini təmin edir;

8.8. qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirir; 22

8.8-1. akkreditasiya olunmuş təhsil müəssisəsində təhsilin dövlət standartlarına uyğun təşkil olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin, o cümlədən təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri olan xərclərin həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə məhkəmədə iddia qaldırır; 22

8.9. təhsilin keyfiyyətini yüksəltmək və tədrisin təşkilində mütərəqqi forma və metodların tətbiqi məqsədilə eksperimentlər aparır;

8.10. təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin hazırlanmasında iştirak edir; 5

8.10-1. təhsil proqramlarını, tədris planlarını və proqramlarını təsdiq edir.34

8.1l. icbari ümumi orta təhsilin həyata keçirilməsinə nəzarət edir;

8.12. xüsusi istedada malik uşaqların və şagirdlərin təhsillərini davam etdirmək üçün lazımi tədbirlər görür;

8.13. təhsil müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarətini həyata keçirir; 6

8.13-1.  uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair monitorinqlər aparılmasında iştirak edir; 27

8.13-2. nazirliyin qanun əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik hesabat hazırlayır; 27

8.14. müxtəlif səviyyəli və miqyaslı fənn olimpiadalarının keçirilməsini təşkil edir;

8.15. yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin tədris, elmi, elmi-metodik, informasiya-kommunikasiya texnologiyaları və digər texniki vasitələrlə təminatını həyata keçirir; 6,23

8.16. aidiyyəti icra hakimiyyəti orqanlarının iştirakı ilə sağlamlıq imkanları məhdud (xüsusi qayğıya ehtiyacı olan) uşaq və yeniyetmələrin təhsilini təşkil edir;

8.17. qəyyumluq və himayə orqanlarına metodiki kömək göstərir, valideyn himayəsindən məhrum uşaqların müəyyənləşdirilməsini və onların təhsilə cəlb edilməsini təşkil edir;

8.17-1. məktəbəqədər yaşlı uşaqları evdə tərbiyə edən ailələr üçün müvafiq maarifləndirmə tədbirləri həyata keçirir.35

8.17-2. vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, qanunvericiliyə uyğun olaraq təhsil müəssisələrində müvafiq dövlət təhsil standartları əsasında tədrisin digər dillərdə aparılmasına razılıq verir; 36

8.18. müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə təhsil müəssisələrində idman-sağlamlıq və profilaktik işlərin təşkili ilə bağlı lazımi tədbirlər görür, uşaq və şagirdlərin idman yarışlarını, turist yürüşlərini, özfəaliyyətlərinə, texniki və bədii yaradıcılıqlarına baxışları və bu kimi digər tədbirlərləri həyata keçirir;

8.18-1. öz səlahiyyətləri daxilində təhsil müəssisəsində bədən tərbiyəsi və idmanın təbliği forma və metodlarını müəyyən edir; 2

8.18-2. bədən tərbiyəsi dərslərinin və idman məşğələlərinin yüksək səviyyədə keçirilməsini, tədris planlarına və təhsil standartlarına uyğun olaraq çağırışaqədər yaşlı gənclərin və çağırışçıların hərbi xidmətə zəruri fiziki hazırlığını təmin edir, təhsil alanların üzməyi öyrənməsi, müəyyən edilmiş idman normativlərini yerinə yetirə bilməsi üçün şərait yaradır; 2

8.19. müvafiq icra hakimiyyəti orqanları ilə birgə  təhsil müəssisələrində təhsil alanların, pedaqoji və texniki-yardımçı heyət işçilərinin tibbi müayinədən keçirilməsini təmin edir; 8

8.20. tabeliyində olan təhsil müəssisələrinin və təşkilatların digər elmi müəssisə və təşkilatlarla elm və təhsil sahəsində fəaliyyətini əlaqələndirir;

8.21. elmi-texniki konfransların və müsabiqələrin keçirilməsini, şagirdlərin və müəllimlərin xarici ölkələrdə keçirilən bu kimi tədbirlərdə iştirakını təşkil edir;

8.22. orta ixtisas və ilk peşə-ixtisas təhsili üzrə ixtisasların təsnifatı barədə təklif verir; 9,24

8.23. bələdiyyə və özəl təhsil müəssisələrinin nizamnamələrinə rəy verir; 10

8.24. yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələrində pedaqoji şuraların yaradılması və fəaliyyəti ilə bağlı əsasnamələri təsdiq edir; 10,23

8.25. müxtəlif səbəblərə görə pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslərin kateqoriyası, sağlamlıq imkanlarına görə məhdudiyyət qoyulan, eləcə də eksternat yolu ilə mütəxəssis hazırlığı qadağan edilən ixtisasların siyahısı barədə təkliflər verir;

8.26. mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsinin hazırlanmasında, onun verilmə qaydalarının müəyyənləşdirilməsində iştirak edir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir;

8.27. təhsil alanlar üçün adlı təqaüdlərin təsis edilməsi barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırır;

8.28. mütəxəssis-kadrlara, o cümlədən pedaqoji kadrlara olan real tələbatı müəyyənləşdirir və onların iş yerləri ilə təmin olunmasını tənzimləyir; 11

8.29. orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinə illik  tələbə və şagird qəbulu barədə təklif hazırlayır; 12,25

8.29-1. ilk peşə-ixtisas təhsil müəssisələrinə olan tələbatı müəyyənləşdirir, onların yaradılması, yenidən təşkili və ləğvi barədə təkliflər hazırlayır; 32

8.29-2. müvafiq peşə üzrə təhsil standartlarının və kurikulumların (proqramların) hazırlanması üçün sahibkarlar, onların birlikləri, sahə və peşə assosiasiyaları ilə əməkdaşlıq edir; 32

8.29-3. ilk peşə-ixtisas təhsili müəssisələrinin istehsalat bazalarının müasirləşdirilməsi və inkişafı üçün tədbirlər görür; 32

8.29-4. tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələrində mühəndis-pedaqoji işçilərin və şagirdlərin təhlükəsizliyini təmin edən tədbirlərin (əməyin mühafizəsi, texniki təhlükəsizlik, ətraf mühitin qorunması, sanitariya-gigiyena qaydaları və s.) yerinə yetirilməsinə nəzarət edir; 32

8.29-5. tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələrinin istifadəsində olan maşın-mexanizm və

avadanlıqdan, texnikadan səmərəli istifadə edilməsinə, onlara vaxtında texniki xidmət göstərilməsinə nəzarət edir. 32

8.30. pedaqoji kadrların və əlavə təhsili işini təşkil edir; 13

8.31. müasir təhsil texnologiyalarından istifadə etməklə müxtəlif təhsilalma formalarının tətbiq edilməsinə və inkişafına şərait yaradır; 14

8.32. aidiyyəti icra hakimiyyəti orqanları, müəssisə və təşkilatlarla birlikdə əhalinin işləməyən təbəqəsinin peşə hazırlığını, o cümlədən əlavə təhsilini təmin edir; 15

8.33. ümumi təhsil müəssisələrində təhsilverənlərin attestasiyasını (dövlət ümumtəhsil müəssisələrində - sertifikatlaşdırılmasını) həyata keçirir;16,21,37

8.34. dövlət ali və yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi məsələsini həll edir; tabeliyində olan dövlət orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi məsələsini aidiyyəti üzrə razılaşdırmaqla həll edir 16,26

8.35. təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51 % -dən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyinə razılıq verir; 16

8.36. pedaqoji kadrlara olan tələbatın ödənilməsi üçün tədbirlər görür, gənc mütəxəssislərin iş yerləri ilə təminatı prosesinə əməli köməklik göstərir, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə lazimı işlər aparır;

8.37. təhsil müəssisələrinin tədris-maddi bazasını inkişaf etdirir, onların tikintisinə, maddi-texniki təchizatına dair vahid normaların, şagird yerləri ilə təminat normativlərinin müəyyənləşdirilməsində iştirak edir;

8.38. qanunvericiliyə uyğun olaraq tabeliyində olan dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini həyata keçirir; 17

8.38-1. azkomplektli dövlət ümumi təhsil müəssisələrinin mövcud normativlərdən üstün maliyyələşdirilməsi məsələsini həll edir; 17

8.39. təhsil sistemində «attestasiya-maddi stimullaşdırma» mexanizminin tətbiqilə əlaqədar təkliflər verir;

8.40. təhsil işçilərinin həvəsləndirilməsi və mükafatlandırılması tədbirlərini həyata keçirir, onlara mövcud qanunvericilik çərçivəsində «Əmək veteranı» adının verilməsi üçün vəsatət qaldırır;

8.41. təhsil sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi üçün öz səlahiyyətləri daxilində tədbirlər görür;

8.42. təhsil sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığı həyata keçirir;

8.43. xarici ölkələrdə yaşayan azərbaycanlıların öz ana dilində ümumi təhsil almalarına, habelə Azərbaycan dili və ədəbiyyatının, Azərbaycan tarixi və coğrafiyasının öyrənilməsinə yardım göstərir;

8.44. Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının mövcud qaydalara uyğun dövlət xətti ilə xaricdə təhsil almaları və elmi-tədqiqat işləri aparmaları üçün tədbirlər görür;

8.45. təsdiq olunmuş formada statistik məlumatların və hesabatların toplanılmasını, onların təhlilini və nəticələrin müvafiq orqanlara təqdim edilməsini həyata keçirir;

8.46. öz səlahiyyətləri daxilində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri həyata keçirir ; 1

8.47. qanunvericiliklə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir.

IV. Nazirliyin hüquqları

9. Nazirlik öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, bələdiyyələrdən, fiziki və hüquqi şəxslərdən müəyyən olunmuş qaydada təhsilin inkişafı ilə bağlı zəruri məlumatlar və arayışlar tələb etmək;

9.2. təhsil sisteminin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar qəbul etmək, onları dəyişdirmək və ləğv etmək; 18

9.3. səlahiyyətləri daxilində təhsil müəssisələri tərəfindən icrası məcburi olan göstərişlər, əmr və sərəncamlar vermək, onların icrasına nəzarət etmək;

9.4. çıxarılmışdır; 19

9.5. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil fəaliyyəti üçün xüsusi razılıq (lisenziya) vermək, lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına müntəzəm nəzarət etmək;

9.6. mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tenderlər keçirmək, texniki şərtləri müəyyənləşdirmək, onların icrasına nəzarəti təmin etmək;

9.7. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil məsələləri ilə bağlı beynəlxalq münasibətlərdə Naxçıvan Muxtar Respublikasını təmsil etmək, əməkdaşlıq haqqında sənədlər imzalamaq;

9.8. qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. Nazirliyin fəaliyyətinin təşkili

10. Nazirliyin fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən nazir rəhbərlik edir.

11. Təhsil naziri Nazirliyə həvalə edilmiş vəzifələrin yerinə yetirlməsi və funksiyaların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

12. Təhsil nazirinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan iki müavini vardır. Nazir müavinləri onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyırlar. 28

13. Təhsil naziri:

13.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona ümumi rəhbərliyi həyata keçirir;

13.1-1. müavinləri arasında vəzifə bölgüsü aparır; 29

13.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Nazirliyin mərkəzi aparatının, habelə birbaşa tabeliyində olan büdcədən maliyyələşən qurumların strukturunu təsdiq edir;

13.3. Nazirliyin aparatının işçilərini, strukturuna daxil olan qurumların rəhbərlərini və işçilərini, habelə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi hallar istisna olmaqla, Nazirliyin nomenklaturasına daxil olan digər işçiləri vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, müvafiq sahədə fərqlənən işçiləri Nazirlik tərəfindən təsis olunmuş fəxri fərmanlarla təltif edir ; 33

13.4. səlahiyyətləri daxilində Nazirliyin mərkəzi aparatının, habelə tabeliyində olan qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

13.5. bilavasitə tabeliyində olan təhsil müəssisələrinin, idarə və təşkilatların nizamnamələrini (əsasnamələrini), eləcə də mərkəzi aparatın struktur bölmələrinin əsasnamə və iş planlarını təsdiq edir;

13.6. təhsilin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi, monitorinqlərin aparılması, strateji fəaliyyət proqramlarının hazırlanması məqsədilə mütəxəssislərdən ibarət işçi qrupları, eləcə də koordinasiya və idarəetmə şuraları yaradır;

13.7. qanunvericiliklə müəyyən edilmiş qaydada xarici ölkələrin dövlət orqanları, qeyri-hökumət təşkilatları və hüquqi şəxslərlə, beynəlxalq təşkilatlarla danışıqlar aparır;

13.8. qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

14. Nazirlikdə nazirdən (kollegiyanın sədri), nazir müavinlərindən, nazirliyin mərkəzi aparatının və tabeliyində olan qurumların rəhbər işçilərindən ibarət kollegiya yaradılır. 30

15. Nazirliyin kollegiyasının sayı və şəxsi tərkibi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunur.

16. Nazirliyin kollegiyası öz iclaslarında təhsillə bağlı aktual məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir.

17. Nazirliyin kollegiyasının iclasları kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

18. Kollegiya qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir, protokollarla rəsmiləşdirilir və bir qayda olaraq nazirin müvafiq əmrləri və sərəncamları ilə həyata keçirilir.

19. Zəruri hallarda kollegiya iclaslarına iştirak etmək üçün digər icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, habelə ictimai təşkilatların nümayəndələri də dəvət edilə bilərlər.

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

1 30 oktyabr 2007-ci il tarixli 91-III FR nömrəli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı  (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi haqqında”) ilə 8.46-cı bənd 8.47-ci bənd hesab edilmiş və yeni məzmunda 8.46-cı bənd əlavə edilmişdir.

2 15 fevral 2010-cu il tarixli 192-III FR nömrəli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı  (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bəzi fərmanlarına əlavə və dəyişikliklər edilməsi barədə”) ilə 8.18-1-ci və 8.18-2-ci bəndlər əlavə edilmişdir.

3 28 fevral 2011-ci il tarixli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanından çıxarış (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bəzi fərmanlarına və sərəncamına dəyişikliklər və əlavələr edilməsi haqqında”) ilə 8.2-ci bənd yeni redaksiyada verilmiş və 8.2-1-ci bənd əlavə edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.2. təhsilin inkişafı ilə bağlı proqramların hazırlanıb həyata keçirilməsində iştirak edir, bu sahədə digər orqanların fəaliyyətini əlaqələndirir;

4 28 fevral 2011-ci il tarixli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanından çıxarış (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bəzi fərmanlarına və sərəncamına dəyişikliklər və əlavələr edilməsi haqqında”) ilə 8.3-8.6-cı bəndlər yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.3. təhsil müəssisələrinin şəbəkəsini və onların inkişaf perspektivlərini müəyyənləşdirir;

8.4. təlim və tədris prosesinin keyfiyyətinə, təhsil qanunvericiliyinin icrasına, təhsilin dövlət standartlarına riayət olunmasına nəzarət edir;

8.5. təhsil sisteminin inkişafı sahəsində analitik təhlillər aparır və monitorinqlər keçirir;

8.6. təhsil sistemində biliyin qiymətləndirilməsi meyarlarının, qiymətləndirmənin bal sisteminin müəyyənləşdirilməsində iştirak edir;

5 28 fevral 2011-ci il tarixli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanından çıxarış (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bəzi fərmanlarına və sərəncamına dəyişikliklər və əlavələr edilməsi haqqında”) ilə 8.10-cu bənd yeni redaksiyada verilmiş və 8.10-1-ci bənd əlavə edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.10. dövlət təhsil standartlarının tələblərinə uyğun olaraq baza təhsil proqramlarının hazırlanmasında, dərslik, dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyatın siyahısının tərtib olunmasında iştirak edir;

6 28 fevral 2011-ci il tarixli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanından çıxarış (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bəzi fərmanlarına və sərəncamına dəyişikliklər və əlavələr edilməsi haqqında”) ilə 8.13-cü və 8.15-ci bəndlər yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.13. müəyyən olunmuş qaydalar əsasında ümumtəhsil məktəblərində sinifdən-sinfə keçirilmə və buraxılış imtahanlarının sayını, formasını və qiymətləndirmə mexanizmini, təhsil alanların bir tədris müəssisəsindən digərinə köçürülməsini həyata keçirir;

8.15. tədris müəssisələrinin kompüterləşdirilməsi, şagirdlər üçün təhsil portalının və saytlarının yaradılması istiqamətində müvafiq proqramlar hazırlayıb həyata keçirir;

7 28 fevral 2011-ci il tarixli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanından çıxarış (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bəzi fərmanlarına və sərəncamına dəyişikliklər və əlavələr edilməsi haqqında”) ilə 8.17-1-ci və 8.17-2-ci bəndlər əlavə edilmişdir.

8 28 fevral 2011-ci il tarixli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanından çıxarış (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bəzi fərmanlarına və sərəncamına dəyişikliklər və əlavələr edilməsi haqqında”) ilə  8.19-cu bənddə “tədris” sözü “təhsil” sözü ilə əvəz edilmişdir.

9 28 fevral 2011-ci il tarixli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanından çıxarış (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bəzi fərmanlarına və sərəncamına dəyişikliklər və əlavələr edilməsi haqqında”) ilə 8.22-ci bənddə “peşə-ixtisas” sözlərindən əvvəl “ilk” sözü əlavə edilmişdir.

10 28 fevral 2011-ci il tarixli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanından çıxarış (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bəzi fərmanlarına və sərəncamına dəyişikliklər və əlavələr edilməsi haqqında”) ilə 8.23-cü və 8.24-cü bəndlər yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.23. mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrinin nümunəvi əsasnamə layihələrinin hazırlanmasında iştirak edir, təhsil müəssisələrinin yaradılması, yenidən təşkili və ləğvi barədə rəy və təkliflər verir;

8.24. təhsil müəssisələri məzunlarının yekun dövlət attestasiyası qaydalarını və imtahan prosesi ilə əlaqədar müvafiq reqlamentləşdirici sənədləri tətbiq edir;

11 28 fevral 2011-ci il tarixli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanından çıxarış (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bəzi fərmanlarına və sərəncamına dəyişikliklər və əlavələr edilməsi haqqında”) ilə 8.28-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.28. əmək bazarı tələbatının öyrənilməsi və mütəxəssis hazırlığının proqnozlaşdırılmasında iştirak edir;

12 28 fevral 2011-ci il tarixli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanından çıxarış (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bəzi fərmanlarına və sərəncamına dəyişikliklər və əlavələr edilməsi haqqında”) ilə 8.29-cu bənddə “texniki peşə məktəblərinə” sözləri “ilk peşə-ixtisas təhsili müəssisələrinə” sözləri ilə əvəz edilmişdir.

13 28 fevral 2011-ci il tarixli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanından çıxarış (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bəzi fərmanlarına və sərəncamına dəyişikliklər və əlavələr edilməsi haqqında”) ilə 8.30-cu bənddə “, ixtisasının artırılması və yenidən hazırlanması” sözləri “və əlavə təhsili” sözləri ilə əvəz edilmişdir.

14 28 fevral 2011-ci il tarixli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanından çıxarış (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bəzi fərmanlarına və sərəncamına dəyişikliklər və əlavələr edilməsi haqqında”) ilə 8.31-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.31. distant təhsili üçün müvafiq şərait yaradır;

15 28 fevral 2011-ci il tarixli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanından çıxarış (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bəzi fərmanlarına və sərəncamına dəyişikliklər və əlavələr edilməsi haqqında”) ilə  8.32-ci bənddə “ixtisasartırmasını və yenidən hazırlanmasını” sözləri “o cümlədən əlavə təhsilini” sözləri ilə əvəz edilmişdir.

16 28 fevral 2011-ci il tarixli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanından çıxarış (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bəzi fərmanlarına və sərəncamına dəyişikliklər və əlavələr edilməsi haqqında”) ilə 8.33-8.35-ci bəndlər yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.33. pedaqoji kadrların təsdiq olunmuş qaydalara uyğun attestasiyasının keçirilməsini təşkil edir;

8.34. təhsil müəssisələrində pedaqoji kadr vəzifələrinin tutulması barədə müəyyən olunmuş qaydaları tətbiq edir;

8.35. nazirlik sistemində olan təhsil müəssisələrində rəhbər kadrların nomenklaturasını müəyyənləşdirir;

17 28 fevral 2011-ci il tarixli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanından çıxarış (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bəzi fərmanlarına və sərəncamına dəyişikliklər və əlavələr edilməsi haqqında”) ilə 8.38-ci bənd yeni redaksiyada verilmiş və 8.38-1-ci bənd əlavə edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.38. təhsil sistemində maliyyələşdirmə normativlərinin hazırlanmasında iştirak edir;

18 28 fevral 2011-ci il tarixli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanından çıxarış (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bəzi fərmanlarına və sərəncamına dəyişikliklər və əlavələr edilməsi haqqında”) ilə 9.2-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

9.2. qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil üzrə müvafiq normativ hüquqi aktlar qəbul etmək;

19 28 fevral 2011-ci il tarixli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanından çıxarış (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bəzi fərmanlarına və sərəncamına dəyişikliklər və əlavələr edilməsi haqqında”) ilə 9.4-cü bənd çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

9.4. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən təlim-tərbiyə müəssisələrində monitorinqlər keçirmək, tədrisin keyfiyyətinə dövlət nəzarətini təşkil etmək;

20 23 aprel 2012-ci il tarixli 55-IV FR nömrəli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı  (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 09 mart tarixli 173-IIFR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə” də dəyişikliklər edilməsi barədə”) ilə 8.5-ci yarımbənddə “qiymətləndirməni” sözündən sonra “(ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) istisna olmaqla)” sözləri əlavə edilsin;

21 23 aprel 2012-ci il tarixli 55-IV FR nömrəli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı  (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 09 mart tarixli 173-IIFR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə” də dəyişikliklər edilməsi barədə”) ilə 8.33-cü yarımbənddən “və təhsilalanların” sözləri çıxarılsın.

22 05 iyun 2012-ci il tarixli 59-IV FR nömrəli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 09 mart tarixli 173-IIFR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə” də dəyişikliklər edilməsi barədə”) ilə 8.8-ci bənd yeni redaksiyada verilmiş və 8.8-1-ci bənd əlavə edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.8. mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq müəyyən olunmuş qaydalar əsasında təhsil müəssisələrinin attestasiyasını və akkreditasiyasını aparır;

23 05 iyun 2012-ci il tarixli 59-IV FR nömrəli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 09 mart tarixli 173-IIFR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə” də dəyişikliklər edilməsi barədə”) ilə 8.15-ci və 8.24-cü bəndlərdə “dövlət” sözündən əvvəl “yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, digər” sözləri əlavə edilmişdir.

24 05 iyun 2012-ci il tarixli 59-IV FR nömrəli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 09 mart tarixli 173-IIFR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə” də dəyişikliklər edilməsi barədə”) ilə 8.22-ci bənddə “ilk” sözündən əvvəl “orta ixtisas və” sözləri əlavə edilmişdir.

25 05 iyun 2012-ci il tarixli 59-IV FR nömrəli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 09 mart tarixli 173-IIFR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə” də dəyişikliklər edilməsi barədə”) ilə 8.29-cu bənddə “ilk” sözündən əvvəl “orta ixtisas və” sözləri, “illik” sözündən sonra “tələbə və” sözləri əlavə edilmişdir.

26 05 iyun 2012-ci il tarixli 59-IV FR nömrəli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 09 mart tarixli 173-IIFR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə” də dəyişikliklər edilməsi barədə”) ilə 8.34-cü bənddə “orta ixtisas təhsili” sözləri “yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil” sözləri ilə əvəz edilsin, “həll edir;” sözlərindən sonra “tabeliyində olan dövlət orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi məsələsini aidiyyəti üzrə razılaşdırmaqla həll edir” sözləri əlavə edilsin.

27 07 sentyabr 2012-ci il tarixli 68-IV FR nömrəli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı  (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 09 mart tarixli 173-IIFR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə” də dəyişikliklər edilməsi barədə”)  ilə 8.13-1-ci və 8.13-2-ci yarımbəndlər əlavə edilmişdir.

28 08 yanvar 2016-cı il tarixli 9-V FR nömrəli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı  (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 09 mart tarixli 173-IIFR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə” də dəyişikliklər edilməsi barədə”) ilə 12-ci bəndin birinci cümləsində “müavini” sözündən əvvəl “iki” sözü əlavə edilmiş, ikinci cümlə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Nazir müavini ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

29 08 yanvar 2016-cı il tarixli 9-V FR nömrəli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı  (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 09 mart tarixli 173-IIFR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə” də dəyişikliklər edilməsi barədə”) ilə 13.1-1-ci bənd əlavə edilmişdir.

30 08 yanvar 2016-cı il tarixli 9-V FR nömrəli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı  (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 09 mart tarixli 173-IIFR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə” də dəyişikliklər edilməsi barədə”) ilə 14-cü bənddə “müavinindən” sözü “müavinlərindən” sözü ilə əvəz edilmişdir.

31 06 iyun 2016-cı il tarixli 29-V FR nömrəli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı  (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 09 mart tarixli 173-IIFR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə əlavələr edilməsi barədə”) ilə 7.4-1 və 7.4-2-ci yarımbəndlər əlavə edilmişdir.

32 06 iyun 2016-cı il tarixli 29-V FR nömrəli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı  (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 09 mart tarixli 173-IIFR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə əlavələr edilməsi barədə”) ilə 8.29-1  -  8.29-5-ci yarımbəndlər əlavə edilmişdir.

33 02 noyabr 2016-ci il tarixli 40-V FR nömrəli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bir sıra fərmanlarında dəyişikliklər edilməsi barədə”) ilə 13.3-cü bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

13.3. Nazirliyin mərkəzi aparatının işçilərini və təsdiq olunmuş nomenklatura çərçivəsində kadrları vəzifəyə təyin edir və vəzifədən azad edir, onlarla əmək müqavilələri bağlayır, müqavilələri ləğv edir, işçilər barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada mükafatlandırma, həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

34 11 aprel 2019-cu il tarixli 163- FR nömrəli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı (“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bəzi fərmanlarında dəyişikliklər edilməsi barədə”) ilə 8..10-cu bənd yeni redaksiyaya verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.10-1. tədris planlarını və proqramlarını təsdiq edir;

35 8.17-1-ci bənddə “qaydada metodiki və diaqnostik məsləhət və əlaqələndirmə xidməti təşkil edir” sözləri “maarifləndirmə tədbirləri həyata keçirir” sözləri ilə əvəz edilmişdir.

36 8.17-2-ci bənddə  “ümumi təhsil müəssisələrində” sözləri “təhsil müəssisələrində” sözləri ilə əvəz edilsin.

37 8.33-cü bəndə “attestiyasını” sözündən sonra “(dövlət ümumtəhsil müəssisələrində- sertifikatlaşdırılmasını)” sözləri əlavə edilsin.

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg